Category Archives Reklam

Əziz oxucu, muasir şəraitdə tanıtım, kommunikasiya fəaliyyəti aparmadım, satış etmək mümkün deyil. Əgər Sizin məhsulunuz reklam edilmirsə, bu məhsulun keyfiyyətləri barədə çoxlarının xəbəri olmayacaq. Bu yazıda biz dünyada ən uğurlu hesab etdiyimiz reklam kampaniyaları barədə məlumat vermək istəyirik. Beləliklə başlayaq…

Yadıma gəlir, marketoloq fəaliyyəti ilə aktiv məşğul olduğum vaxtlar Güvən Borçadan bir dəfə soruşdum: “Güvən bəy, Türkiyyədə hansı markanın dünyada lider olacağınıza inanırsız?”  Güvən bəyin cavabından, 2 türk markası var idi: Mavi və TYH. Bu söhbətdən sonra mən ardıcıl olaraq Mavinin marketinq konsepsiyasını izləyirəm və istədim bu bloqda Sizə müşahidə etdiklərimdən danışım.

Dünyada reklama ən çox investisiya qoyan şirkət dedikdə çoxlarımızın ağlına təbii olaraq Procter and Gamble şirkəti gəlir. Əslində bu çox təbiidir. Məhz bu şirkət dünyaya ilk dəfə brend menecer anlayışını gətirib, məhz bu şirkət hamının dilində olan sabun operası (seriallara deyirlər, sabun köpüyü) anlayışını və ya TV reklama belə çox pul xərcləməyi bizə öyrədib. Bizim bloqdada tez-tez Procter barədə danışmışıq, amma bu yazıda mən istəyirəm Sizin diqqətinizi şirkətin Azərbaycan bazarı üçün hazırladığı növbəti reklam kampaniyasına çəkim. Fairy Azərbaycan toyunda reklam çəkir…

Bugün marketinqlə məşğul olan hamının böyük bir problemi var – istehlakçıları informasiyanı necə çatdırmaq olar? Muasir insan demək olar ki, hər zaman məşğuldur və hamımızın bildiyi kimi, reklamdan bezib. TV baxmır, Facebook-da olan reklamlara inanmır (bilir ki, reklamdır), radio qulaq asır – amma məhsulu görmür, Billborda baxmır, baxandada heçnə başa düşmür və s.  Problem hay aylarında daha aktual formaya gəlir. Bəs muasir müştərinin marketinq müştəri ilə necə danışmalıdır?

Hər dəfə dostlarımız yeni biznes açmaq istəyəndə mütləq və mütləq belə bir sualla bizim qarşımıza çıxırlar: “İlkin filan işi görmək istəyirəm… səncə filan ad necə olar?”. Nə yalan deyim, üzlərinədə demişəm, burdan bir dahada deyirəm –  YENİ BİZNES açmaq istəyirsinizsə əsas ad və logo deyil, əsas olan Sizin biznesi başa düşmə qabiliyyətinizdir. Bilirsiz niyə!?

Futbol muasir həyatın ən baxımlı nümayişidir desək, əminəm ki, mənimlə razılaşarsız. Bəlkədə məhz buna görə futbol idman növləri arasında ən yüksək kommersiya tərəfləri olan bir istiqamətdir, necə deyərlər dotasiya olmadan özü-özünü saxlaya bilən, bəlkədə yeganə idman növüdür (mövzunu uzatmaq olar…). Bügündə biz Avropa Cempionatının ilk oyununa baxdıqda son dərəcə xoş (xoş olduğu qədərdə düşündürücü) bir supprizlə qarşılaşdıq – Azərbaycanımızın Dövlət şirkəti olan SOCAR Avropa çempionatının rəsmi sponsoru idi. Mən bu yazıda Sizlərə bir marketoloq və Azərbaycan vətandaşı olaraq bu sponsorluqla bağlı fikirlərimi çatdırmaq istəyirəm.

Hansı tip reklamlar daha effektiv olur, reklam effekt almaq üçün nələri etmək lazımdır… kimi sualların cavabını 4 dəqiqə ərzində ekspert TV-də yayımlanan videoda baxa bilərsiniz. Burada biz ölkəmizdə hal-hazırda icazəli reklamların faydalırı barədə söhbət etdik. Beləliklə reklamın təsir dərəcəsinə yalnız verilən reklamın dedikləri deyil, məhz… ətraflı videoda baxın!)

Dünyada marketinqi ən güclü aparan şirkət hansıdır deyə mənə sual versələr heç düşünmədən – P&G deyərəm. Həqiqətəndə çox güclü və sistemli marketinq fəaliyyəti var bu şirkətin. İstər məhsul siyasəti, istər qiymətqoyma, istər distribyusiya sistemi, istərsədə reklam olaraq Procter həqiqətəndə bizə dərs keçir. Son vaxtlar şirkətin Bəhram Bağırzadə ilə birlikdə etdiyi “Kyyfiyyət Sərfəlidir” konsepsiyası əsl “böhran” mesajıdır. Fikirlərimi əsaslandırmağa çalışım.

Sosial şəbəkələrin artımı nə qədərdə cəmiyyətin diqqət mərkəzini qeyri-tv reklam daşıyıcılarına yönləndirsədə bügün, televiziya dünyada ən çox reklam büdcəsi olan məcraların başında durur. Dünyanın demək olar ki, bütün qlobal brendləri TV reklamlarından və TV verilişlərdə olan sponsorluqlardan istifadə edirlər. Bu yazıda biz TV sponsorluq zamanı düzgün hesab etdiyimiz məsələlər barədə fikirlərimizi Sizinlə bölüşmək istəyirik.

Əziz oxucu, bugün sözün açığı, AZAL brendinin “flaşmob” adıyla etdiyi mənasız aksiya barədə yazaraq AZAL-a hörmətimin gündən-günə azaldığını deyəcəkdim… AMMA qismət deyilmiş. Dostumuz DjFateh-in sözün əsl mənasında rekord qıracaq “Oğlan Evi” kinosuna baxmağa getmişdim və orda İDEAL parfumeriyanın “reklamını” gördükdən sonra düşündüm ki, AZAL-ın etdiyi, İDEAL-ın yanında “toya gedəsidir”. Xahiş edirəm birinci video özünün baxın, sonra mən kommnetlərə başlayım.

2015-ci ildə ölkəmizdə olan marketinq aktivliklərin içərisində heç şübhəsiz ki, “Золотой сад” brendinin etdiklərinin xüsusi yeri, çəkisi var. İstər etdikləri marketinq aktivlikləri istərsədə distribyutsiya üzrə müsbət göstəricilərinə görə düşünürəm ki, brend bu il çox uğurlu bir marketinq mərhələsi keçib. Bu il brendin etdiyi BTL kampaniya isə, sözün həqiqi mənasında təqdirə layiqdir. Heç düşünmədən bu bloqu “Золотой сад” brendi və həmin brendin reklam ajansı olan Times Consulting şirkətinə həsr etmək istəyirəm.

Bugünlərdə P&G şirkətinin təqdim etdi reklam mənim diqqətimi çox çəkdi. Ölkədə tanınmış “KVN” aparıcılarından olan Bəhrəm Bağırzadənin iştirakı ilə çəkilən rolik əlbəttə istər alıcılar, istərsədə professional marketoloqlar tərəfindən bir mənalı qarşılanmır. İcazə versəniz Procter and Gamble “Keyfiyyət sərfəlidir. Özün sına” kampaniyası barədə fikirlərimi Sizinlə bölüşüm. Maraqlı olsa oxuyarsız, yaxşı!?

Close