Category Archives Reklam

Bügün Azərbaycanda yerli şirkətlərin ən böyük problemi insanların beynində hələdə “yerli istehsalın” – keyfiyyətsiz olması barədə düşüncələrdir. Maraqlı budur ki, yerli istehlakçı bu istiqamətdə sırf emosional formada düşünür və rasional cavabı demək olar ki, yoxdur. Təbii ki, bəzi sahələrdə yerli istehsal həqiqətəndə xarici mallardan geri qalır, buraya birdə insanların daha əvvəl ki mənfi təcrübələridə yada düşəndə… azərbaycanlı olaraq deyirik: “artıq pul verərəm, amma yerli mal almaram”. Bəs yerli şirkətlər bu istiqamətdə nə etməlidirlər?

Çox maraqlı bir aforizm var: “Mənim xərclədiyim reklam pullarının ən azı 50% havaya gedir, lakin mən tapa bilmirəm ki, bu hansılardır!”. Hərdən sahibkarlarla reklam və marketinq barədə söhbət etdikdə ən çox eşitdiyim şey reklamın effektivliyinin hesablanması işlərinin mümkünsüzlüyüdür. Hamı reklamın vacib olduğunu deyir, lakin heç kim reklamın effektivliyinin ölçülməsi yollarından danışmır.

Bügün çalışdığım sektorun əsas hərakət verici qüvvəsinin qadın olduğundan əminəm. Lakin bu yaxında avtomobil almaq istəyirdim və hiss etdim ki, mənədə şuur altına təsir edən qüvvə məhz qadındır… məsələyə daha diqqətli yanaşsaq dünyanın hərəkət verici əsas kütləsinin məhz zərif cinsli nümayəndələr olduğu açıqca görünür. Bəs şirkətlər qadınlara yönəlik hansı marketinq alətlərindən istifadə etməlidirlər?

Çoxları mənimlə söhbət etdikdə marketinq peşəsinin vurğunu olduqlarını söhləyirlər. Bu sözdən sonra Marketoloq olmaq üçün nə lazımdır sualı gəlir. Təbii ki, bügün marketinq cəmiyyətdə ən ehtiyyac duyulan və şirkətlərə fayda verə biləcək strukturların başında dayanır. Mən bu yazıda problemə əks tərəfdən baxaraq, marketoloq olmamaq üçün nə lazımdır sualına cavab verməyə çalışacam.

Reklam şirkətləri ilə işin təşkilindən danışmazdan əvvəl qeyd etmək vacibdir ki, şirkətlər reklamın istehlak səviyyəsinə görə şərti olaraq 3 qrupa bölünməlidirlər: iri şirkətlər (transmili və liderlər), orta və kiçik şirkətlər. Böyük şirkətlərlə reklam aqentliklərinin əməkdaşlığının xarakteri məlum səbəblərə görə orta və kiçik biznesdən xeyli fərqlənir. İri şirkətlərdə adətən illik marketinq büdcələri olur və bütün reklam aktivliyi layihələr şəklində əvvəlcədən planlaşdırılır. Konkret yazıda biz orta və kiçik şirkətlərinin reklam aqentlikləri ilə iş prinsipindən danışacağıq.

Reklam hazırlanma prosesi haqqında müzakirələr getdiyi zaman çoxları özünü bu sahədə “ekspert” hesab edərək müəyyən fikirlər söhləyir. Əslində bütün peşələrin olduğu kimi reklam yaratma prosesinin prinsipləri və metodları mövcuddur. Bu yazıda mən dünyada tətbib edilən əsas reklam yaratma prinsipləri barədə söhbət açacam.

Bügün Azərbaycanda bir çox şirkətlər gənclər üçün brend qurmaq istəyirlər. Azercell, Bakcell – Cineration, müxtəlif banklar və s. bu prosesin bariz nümünələridirlər. Maraqlı məqam budur ki, ölkədə marketinqin hardasa lokomotivi hesab edilən bu şirkətlərdə brend-kommunikasiya siyasəti ənənəvi üsulların üzərində qurulur. Mən bu yazıda Sizinlə gənc brendlərin kommunikasiyasının 4 bucağından danışacam.

Bilirsiz biznes terminlər arasında ən çox tərifi olan söz – marketinqdir?! Məhz elə buna görədə marketinq anlayışını hərə bir cürə qəbul edir. Mən yazıda qısaca olaraq şirkətlərdə marketinqin 3 əsas funksiyası barədə danışacam, hesab edirəm ki yerdə qalan bütün funksiyalar marketinqə bir-başa aid deyil. Bu funksiyalar aşağıdakılardır:

Bu yaxında getdiyim ezamiyyetlərin birində Türkiyədə brendləşmə ilə məşğul bir şirkətin rəhbəri  ilə çox maraqlı bir hadisə başımıza gəldi. Birlikdə bir neçə reklam şirkəti ilə görüşdükdən sonra mənə belə bir fikir söhlədi: “İlkin, bu reklamçılarla görüşdükdən sonra mən bir daha əmin oldum ki, bu insanların bir məqsədi var, müştəriləri  gəliz kreativliyin, çətin anlaşılan terminlərin içərisində yaxşıca bişirmək sonrada büdcənin əlindən alıb Kreativ bir iş görmək. Vəssalam! Sənə lazımdır kreativ iş?!”

Close