Category Archives Təəsuratlarım

Artıq 6-cı ildir, Azərbaycanın biznes elitasında əsl brendə çevrilmiş ildə 2 dəfə olmaqla öz fəaliyyətini davam etdirir. 500-ən çox məzun, Azərbaycanımızın demək olar ki, butün lider şirkətlərində çalışan əməkdaşları ilə, AİR sözün əsl mənasında biznesin hərəkət verici güvvəsinə çevrilmişdir. Bu tədris ilindəndə Marketinq AİR tam gücü ilə, öz işinə başlayır – 11-ci dəfə!!!

Bu videoda bloqda İlkin Manafov üçün AİR nədir? Niyə məhz Marketinq AİR ölkəmizdə bu qədər uğurlu ola bilib? Niyə Marketinq AİR bu qədər faydalıdır? suallırına cavab verəcəyik. Buyurun…

Əziz oxucu, çoxlarınız gündəlik həyatımızda: “eşi… əvvəllər heyf deyildi… filan şey, filan cür olardı və s.” tipli sözlər eşidirsiz. Hətta əminəm ki, bəziləriniz düşünürsünüz ki, əvvəllər həyat daha rahat (oxu yaxşı) idi, amma bizim fikrimizcə hər keçən gün, insan oğlu, yəni biz, öz həyat keyfiyyətimizi artırırıq. Biz hər keçən gün, daha uzunömürlü oluruq, daha yaxşı yeməklər yeyirik, daha gözəl paltarlar geyinirik, daha rahat mebeldən istifadə edirik və s. Həyatımız daha yaxşı olur. Bilirsiz niyə?

Deməli keçin il, yay aylarında Çinə səfərə getmişdim. Səfər zamanı, bir fabrikə getdik, dostum üçün maraqlı olan bir məhsulun istehsalı ilə maraqlanırdıq. Nə başınızı ağrıdım… yay – isti, bilirsiz Çində ikiqay isti və girdik fabrikə. İstehsal sahəsində qadınlar öz uşaqları ilə işə gəliblər, uşaqlar polda oturub oynayır, analar işləyir. Mənzərə mənə çox pis təsir etdi… amma Sizi inanrıram, orda çalışanlar mənim kimi düşünmürdü. Onlar xoşbət idilər. Həyatlarından razı idilər… bəs Azərbaycanda vəziyyət necədir? Suallın cavabı videomuzda…

Əziz oxucu, bugünlərdə həm ziyarət, həm ticarət məntiqi ilə 10 günlük, Avstriyada ailəvi səyahət edirəm və bloq vasitəsi ilə Sizlərə burada nəticə çıxardığım bəzi məsələləri paylaşmaq istəyirəm. Düşünürəm ki, bizneslə məşğul olan dostlarımız üçün faydalı ola bilər. Açığı həgin Sİzdə hiss edirsiniz ki, bizim bloqun oxucu kütləsi öz gücünə biznes qurmuş və inkişaf etmək istəyən Azərbaycan sahibkarlarıdır. Video onlara həsr edilir.

Görəsən niyə biz kitab oxumağı sevmirik? Niyə biz elmi, intelektual, düşünmə tələb edən mövzularda olan verilişlərə, YouTube videolarına baxmırıq? Niyə bizim üçün, hansısa Rəqsanəvari (müğənni – Rəqsanəni tanımıram… sadəcə bu termindir, heç bir şəxsi yanaşma deyil – müəllif qeydi) şəxsi haqda məlumat bizə maraqlıdır, niyə yazı – filankəs, filankəsin qızına baxdı… yumşaq desək baxdı!) və ya hansısa damlavari məsələ, YouTube rekodrlar qırır. Niyə axı, bizi Nazir müavinin oğlunun etdiyi cinayəti düşünürük lakin, Beynalxalq bankın, dövlət büdcəsindən çıxardığı dollardan heç danışmırıq? Niyə biz benzinin qiymətinə “yalandan” olsa etiraz edirik, amma dövlət şirkətlərinin etdiyi “dəhşətli” xərclər barədə susuruq? Niyə, niyə, niyə biz intelektual düşüncələrdən uzağıq, uzaq olmaq istəyirik?!

Bilmirəm… amma bildiyim bəzi, ürək ağrıdan faktları Sizinlə bölüşməli olduğu bilirəm… Beləliklə, niyə biz oxumuruq? (düşünmürük, savadsızıq və s.)

Dostlarında bildiyi kimi, bu il, mən, Azərbaycan Dövlət İqtisad Universitetinin, buraxılış işləri komissiyasının sədri olaraq çıxış edirdim. Əlbəttə, bu çox böyük məsuliyyətdir və mənə bunu etibar etdikləri üçün, Universitet rəhbərliyi minnətdarlığımı bildirirəm. Bugün, 100-ən çox məzunun diplomlarına qol çəkdim. Yazı çərçivəsində Ali məktəb diplomlarının rolu barədə, Sizinlə fikirlərimi bölüşmək istəyirəm.

Bugün dostumuz, Anar Bayramovla (Rafiqdə orda idi) Park Fore-də çay içirdik. Söhbət ordan-burdan düşdükdən sonra, Anar dedi ki, niyə gündəm haqqında fikir bildirmirsiz, bugün həm jurnalistika günüdür, həmdə jurnalistlərə dövlət büdcəsindən evlər bağışlanıb. Əslində düz deyirdi, mən həqiqətən də işə-gücə başımın çox qarışdığı üçün reaksiya vermədiyimi dedim… amma indi, saat artıq 23:25 olsada, istəyirəm jurnalistika müsir Azərbaycan jurnalistika barədə fikirlərimi Sizinlə paylaşım. Beləliklə, Azərbaycan jurnalistikası: dırnaq içərisində və ya böyük hərflərlə?!

Bəli, bəli, bəli!!! Bugün bloqumuzda 1000-ci yazını paylaşmış oluruq. Nə az, nə çox, düz min dəfə, biz bu bloqda “Paylaş” düyməsini basmışıq. İstəyirəm, bəzi məlumatları Sizinlə bölüşüm…

Əziz oxucu, hər birimiz üçün son dərəcə əhəmiyyətli olan gündə – müqəddəs Ramazan Bayramında, Sizlərə çox vacib olan bir mövzuda bloq paylaşmaq istəyirəm. İstəyirəm ki, bu yazıda Sizə oxuduğum və hər birinizə biznes həyatında faydalı ola biləcək TOP 5 kitab barədə məlumat verəcəm. Buyurun baxın!

Bugün akademik karyeram üzrə ilk dəfə, buraxılış işləri üzrə komissiyanın sədri kimi çıxış etdim. Daha konkret desək, Azərbaycan Dövlət İqtisad Universitetinin kommersiya ixtisası üzrə, buraxılış işləri kommisiyasının sədri oldum. Bu mənim üçün ikitərəfli müsbət bir şey idi: birincisi ölkəmizin ən mötəbər biznes Ali məktəbində belə mötəbər vəzifədə olmaq superdir, ikincisi bu böyük məsuliyyətdir, çünki tələbələr bizim gələcəyimizi yaradanlardır. İstəyirəm, video-bloq formatında UNEC-də gördüklərimi Sizinlə paylaşım.

Əziz oxucu, bugün Sizlərə biznesdə ən çətin, çətin olduğu qədərdə vacib olan dəyər – insanlar barədə danışmaq istəyirəm. İşçilər biznesin ürəyidir və öz işçini motivasiya etməyə bacarmayan, daim yeniliklərdən xəbərdar etməyən və əlbəttə, maddi və mənəvi cəhətdən təmin etməyən biznesmen heç vaxt güclü ola bilməz. Bəs işçiləri necə motivasiya etmək olar?

Əziz oxucu, Sizi bilmirəm, amma mən McDonalds-da iki məhsulu çox sevirəm: dondurma (karamelli) və kofe (səhərlər). Bir vaxtlar, cavan vaxtlarımda McDonalds menyusunu əzbər bilirdim… BigMak, BigTeysti, Qamburger, ÇikkenRoll, Kantburger və s. indi onları heeeç yeyə bilmirəm, amma yuxarıda adlarını çəkdiyim iki məhsulu hər zaman ləzzətlə dadıram… AMMA və LAKİN, biz bugün Sizinlə yemək barədə deyil, McDonalds brendinin müştəriyə verdiyi dəyər haqda danışmaq istəyirik.

Daha konkret desək, mənim bugünlərdə “torqovuda” olan McDonalds olanlardan çıxardığım nəticələr barədə… vaxtınız varsa xahiş edirəm videonu dinləyin. Məncə diqqət yetirməyə dəyər.

Close