Category Archives Təəsuratlarım

Azərbaycanda marketinqin yaşı çox deyil və təbii olaraq hələ biz bu dərin peşənin bütün sirlərindən tam formada istifadə edə bilmirik. İstənilən biznesin müəyyən bir inkişaf təbəqələri olur, biznesin vəziyyətinə görə isə sahibkarın marketinqə, marketoloqa olan ehtiyyacı dəyişir. Təbii ki, Azərbaycandada biznesin gələcəyi artıq böyük fabriklərin, xüsusi dəstəyin hesabına deyil, sivil biznes metodlarının ətrafında qurulur. Daha öncə yazdığım kimi, biznes şahmata çox bənzəyir necə ki, debütdə bir cürə, endspieldə bir cürə oynayırsan eləcədə biznesdədə hər bir mərhələdə öz məntiqi və “oynamaq” yolları var.

Çox zaman biz brend dediyimiz zaman ilk ağla gələnlərdən P&G, Unilever, Coca-Cola və Kraft-ın olur, lakin unutmaq olmaz ki, bügün ölkə, şəhər, şəxsiyyətlər belə özlərində brend dəyərləri əks etidirir. Bu yazıda mən dünyanın ən güclü ölkə brendi olan “Made in Germany” brendinin güclü tərəflərindən danışacam.

İNANIRAM Kİ, ÖYRƏNDİKLƏRİM BUNU KOMPENSASİYA EDƏCƏK! Sabahdan bir ay ərzində Almaniyada ixtisas artirma kurslarinda olacam. Əsasən Alman şirkətlərində marketinq və satış prosesinin öyrənilməsi istiqamətində olacaq işlərim. Təbii ki, məni tanıyanlar bilir ki, mən alman idarəetmə məntiqinin geniş "təbliğatçısıyam" və bügündə hesab edirəm ki, almansayağı biznesin təşkili bizim ölkəmizdə olan şirkətlər üçün çox əhəmiyyətlidir. Biznes proseslərinin öyrənəcəyim Alman şirkətləri içərisində illik…

Biznes dinamikliyi sevir, marketinq isə dinamiklik olmadan yaşaması mümkün deyil. Şirkətin ən innovativ bölümünün marketinq olduğunu qəbul etsək bu peşə ilə məşğul olanların fəaliyyətində lənglik ölümə bərabər olduğu barədə heç kim şübhə etməz. Bu dediklərimi təcrübəmdə yaşadığı bir neçə keyslə göstərəcəm.

Amsterdandan sonra, mən bloqda səmimi olaraq başıma gələn daha bir gülməli hadisəni danışacam. Bu əhvalat təxminən 2 il bundan əvvəl olsada bügünə kimi hər dəfə təyyarədə gedəndə yadıma düşür… Bir dəfə Permdə (Rusiya) ezamiyyətdə edim. Ezamiyyə günlərim 1 gecə və 2 gün edi. İşim və görüşlərim vardı və ezamiyyətim çox intensiv olmalı edi. Permdən Moskvaya qayıtmalı edim.

Bügünlərdə Azərbaycan ən böyük reklam şirkətlərindən biri hətta birincisi olan McCann Eriksonun kreativ direktorunun vefatı məni çox sarsıtdı… Görəsən həyat bu qədər dəhşətlidir, görəsən insan ömrü bu qədərmi qısadır, görəsən ölümün yaşı bu qədərmi cavandır…

Mən Elmarla tanışlığım Embawood-a təzə işlədiyim vaxtlar oldu. Çəkdiyimiz ilk reklam filmlərindən biri onunla oldu və mən bügün Elmarın yaratdığı sloqanı beynimdən çıxara bilmirəm: “ömür boyü” deyirdi Elmar.

Hərdən toplantılarda çox parlaq ideyaları, zəif təqdimatlarla necə məhv edildiyini görürük.  Marketinq və satış sahəsində işləyən insanların çox saylı vacib xüsusiyyətlərindən biridə təqdimat etmək qabiliyyətidir. Hətta Güvən Borçanın sözünə güvvət olaraq hesab edirəm ki, təqdimat qabiliyyəti olmayan adam satış və marketinq sahəsində işləyə bilməz. Bu yazıda mən uğurlu təqdimat etməyin 7 addımını Sizlərlə bölüşəcəm.

Artıq 4-cü ildir Gürcustana tez-tez işlə əlaqəli səfərlər edirəm və ildən-ilə bu ölkədə Azərbaycanlı biznesmenlər üçün münbit iş şəraitinin olduğunu hiss edirəm. Gürcustanın iqtisadi göstəriciləri bizim respublikadan xeyli geri qalsada bu ölkə Azərbaycan şirkətləri üçün beynalxalq səviyyədə inkişaf və xarici bazarlara çıxmaq üçün əlverişli “tramplin” funksiyasını daşıya bilər.

            Bu yaxınlarda Google şirkətinin Moskvadakı ofisində internet marketinqə həsr edilmiş bir seminarda iştirak edirdim. Seminarın sonunda əfsanəvi Google ofisində gəzintiyə dəvət etdilər bizi, razılaşdıq və… sözün həqiqi mənasında nağıl dünyasına düşdüm. Mən bu yazıda Sizə gəzintidən gördüklərim və gəldiyim nəticələr barədə söhbət açacam.

Close