MƏNİ TANI

Əvvəla bir-az rəsmiyyət, mən Manafov İlkin, 1983-cü ildə Yevlax şəhərində anadan olmuşam. Mingəçevir Politexnik İnstitutunda (Universitetində) təhsil almışam. Marketinq sahəsində iqtisad elmləri namizədiyəm (indiki sistemlə fəlsəfə elmləri doktoru və ya PhD of Marketing). DAAD (Alman akademik mubadile merkezi) stipendiyası ilə Almaniyada ixtisas artırma kursları keçmişəm, Moskva şəhərində İnnovativ Marketinq ixtisası üzrə MBA bitirmişəm.

Müxtəlif sektorlarda fəaliyyət göstərən beynalxalg şirkətlərdə ixtisas artırma proqramlarında olmuşam. Marketinq, Satış və Biznesin idarəedilməsi sahəsində çoxsaylı elmi məqalələrin müəllifiyəm. Amerika Marketing Assosasiyasının üzvüyəm.

MƏN NƏ İLƏ MƏŞĞULAM?

Hərdən mənə bu sualı verəndə, çox düşünmədən: “İnsanları öyrənirəm” cavab verirəm. Muasir marketinq, muasir biznes idarəetmə insanları öyrənmədən mümkün deyil.

Məşğul olduğum sahə xobbimlə tam əlaqəlidir:

  • Marketinq;
  • Satış;
  • Prezentasiyalar, mühazirələr;
  • Öyrənmək;
  • Öyrətmək;
  • Məqalə yazmaq mənim xobbimdir.

Mən özümə və ətrafımdakılara uğur gətirən işlərlə məşğul oluram. Daha konkret desək hal-hazırda mən biznesin inkişafı, satış və marketinq üzrə konsaltinq xidmətləri göstərirəm, həmçinin German Studio şirkətinin və EVİN mağazalar şəbəkəsinin təsisçisi, Embawood, Madeyra və Bellissa mebel, bir neçə məişət texnikası brendlərinin bölgə dileriyəm.

ForHome.az internet portalı təsiçilərindənəm. İnternet bugün biznes üçün maraqlı olmasada, internetdə olmadan biznes aparmaq məncə çox çətindir.

Ölkənin aparıcı şirkətlərində Marketinq Direktoru, Satış və Ölkə nümayəndəsi kimi 10 ilə yaxın iş təcrübəm var. Azərbaycan, Rusiya, Ukrayna, Gürcustan, Kazakstan, Tajikistan, Türkmənistan və Türkiyə kimi ölkələrdə Marketinq və Satışın idarəedilməsi sahəsində çalışmışam.

Azərbaycanda İLK praktik Marketinq təlimlərinin (Marketinq AİR) və onlayn Marketinq telviziyasının (FMR TV) təsisçilərindənəm. Həmçinin Azərbaycanda ilk Milli Marketinq Forumunun təşəbbüskarlarından hesab edilirəm…

Ana dilimizdə İLK brendinq kitabı olan “360 dərəcədə brendinq” kitabının müəllifiyəm. Oxumamısınızsa, mütləq oxuyun, tövsiyyə edirəm.

Bir vaxtlar şahmat üzrə beynalxalq yarışlarının qalibi olmuşam.